Parlamentin plenar iclası başlayıb, Zəfər Gününün V ildönümünə görə bəyanat qəbul ediləcək
 
                                            Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Crossmedia.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul ediləcək.
İclasın gündəliyinə həmçinin "Dövlət xidmətləri haqqında" yeni qanunun üçüncü oxunuşda müzakirəsi də daxil olmaqla, ümumilikdə 11 məsələ daxil edilib.
11:04 31.10.2025
Oxunuş sayı: 1210
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
        