Almatıda MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
 
                                            Bu gün Qazaxıstanın Almatı şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. Artıq Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri, eləcə də MDB Müdafiə Nazirləri Şurasının katibi şəhərə gəlib.
Crossmedia.az Qazaxıstan mediasına istinadən xəbər verir.
Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib ki, iclasın yekununda 2026-cı il üçün birgə fəaliyyət planı və hərbi sahədə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Günel Verdiyeva
10:44 31.10.2025
Oxunuş sayı: 1633
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
        