Qazaxıstan Azərbaycan bazarına çıxa biləcək birgə ilkin brend hazırlamağı təklif edir
Qazaxıstan Azərbaycan bazarına çıxa biləcək birgə ilkin brend hazırlamağı təklif edir.
Crossmedia.az xəbər verir ki, bunu "QazTrade Ticarət Siyasətinin İnkişafı Mərkəzi"nin icraçı directoru Aynur Amirbekova Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda bildirib.
Onun sözlərinə görə, Qazaxıstanda bu brendi son məhsulun əlavə dəyəri ilə yaratmaq mümkündür: "Biz Qazaxıstanda logistika və marketinq üçün subsidiyalar təqdim edən maliyyə dəstək operatoruyuq. Məsələn, əgər hər hansı şirkət filial açırsa, biz sertifikatlaşdırma və marketinq fəaliyyətləri xərclərini ödəyirik. Bu xərclər, logistika da daxil olmaqla, 80 %-ə qədər kompensasiya oluna bilər ki, bu da yaxşı tanınan bir vasitədir".
O qeyd edib ki, verilən məbləğ şirkətin ölçüsündən asılıdır: " Bakıda olduğumuz üç gün ərzində əsas maraqlı tərəflər və tərəfdaşlarla danışıqlar apardıq. Qeyd etdiyim bütün alətlər beynəlxalq bazara çıxmaq üçün Qazaxıstanda istehsal olunan Azərbaycan məhsuluna təqdim edilə bilər".
A.Amirbekova vurğulayıb ki, Qazaxıstanda Azərbaycan məhsulları üçün və əksinə, Azərbaycanda Qazaxıstan məhsulları üçün qarşılıqlı ticarət missiyası və sərgi təşkil etməkdən məmnun olardılar: "Biz həmçinin elektron ticarət kanalları vasitəsilə təşviq ilə sıx işləyirik. İndi biz milli mağazamızla ABŞ bazarına fəal şəkildə çıxırıq. Bu baxımdan, ilkin məhsulların hazırlanması və beynəlxalq bazara çıxması üçün tərəfdaşlarımızla işləməkdə maraqlıyıq".
11:28 30.10.2025
Oxunuş sayı: 1533