Qazaxıstan Parlament Məclisinin üzvü: Konstitusiya dövlətin və xalqın həyatı ilə birbaşa əlaqəlidir
Konstitusiya dövlətin və xalqın həyatı ilə birbaşa əlaqəlidir.
Crossmedia.az xəbər verir ki, bunu Qazaxıstan Parlament Məclisinin üzvü Aydos Sarım Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan kimi postsovet ölkələri konstitusiyanı ən çətin illərdə qəbul ediblər:
"Konstitusiyalar müasir dövrün çağırışlarına əsasən icra edilir və bu, dünya təcrübəsinə də tam uyğundur. Konstitusiya canlı bir alətdir, sənəddir. Dövlətin və xalqın həyatı ilə birbaşa əlaqəlidir".
A.Sarım bildirib ki, Qazaxıstan konstutiyasında da bəzi dəyişiklər edilib:
"Bu dəyişiklərin qəbul olunması həm daxili, həm də xarici çağırışlara cavab olub".
12:24 29.10.2025
Oxunuş sayı: 1549