Erməni spiker sərt danışdı: II Qaregini tanımıram

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində katolikos II Qareqini tanımadığını bəyan edərək, onun rəhbərlik etdiyi qurumu “qeyri-legitim” adlandırıb. Bu barədə erməni KİV-ləri məlumat verib.
Simonyan, həmçinin, Eçmiədzin tərəfindən keşiş Aram Asatryanın ruhani rütbəsindən məhrum edilməsi qərarını da tənqid edib.
“Katolikos? Mən elə bir adam tanımıram. Bu şəxs öz andını pozub”, – deyə Simonyan bildirib.
Eçmiədzinin Asatryanı rütbədən məhrum etməsi və onun Ermənistan Apostol Kilsəsi adından xidmət edə bilməməsi ilə bağlı suala cavabında spiker bir daha vurğulayıb ki, kilsə qurumunu qeyri-legitim hesab edir.
“Bu, qeyri-legitim qurumdur. Ktriç Nersisyan (II Qareqin) anlamalıdır: necə deyərlər, ‘evlərimizə yaxınlaşırlar’ – qoy vəziyyəti ifrata çatdırmasın. Onsuz da gedəcək”, – deyə Simonyan bildirib.
O, həmçinin, baş nazir Nikol Paşinyanın da iştirak edəcəyi və rütbədən məhrum edilmiş Asatryanın ibadəti idarə edəcəyi Ovanavank monastırında keçiriləcək ayində iştirak etməyəcəyini qeyd edib.
Zeynəb Xuduyeva
17:24 22.10.2025
Oxunuş sayı: 961