Qurban Qurbanov: "Atletik"lə matçda futbolçular çox hərəkət etməli olacaqlar"

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə (Bilbao, İspaniya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Crossmedia.az xəbər verir ki, təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
"Bizim üçün çox vacib oyundur. Yaxşı kollektivə qarşı mübarizə aparacağıq. Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. "Atletik" özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressov oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. "Atletik"in oyun tempinə davam gətirmək istəyirik".
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
21:05 21.10.2025
Oxunuş sayı: 971