FIBA Avropa Kuboku: "Neftçi" əsas mərhələdə ilk qələbəsini qazanıb

"Neftçi"nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul edən "ağ-qaralar" 95:84 hesablı qələbə qazanıblar.
Qarşılaşma Bakı İdman Sarayında baş tutub.
Qeyd edək ki, "Neftçi" ilk matçında Polşada "Trefl"ə uduzub - 63:92. I qrupunun digər görüşündə "Abşeron Lions" sabah Bakıda "Trefl"lə üz-üzə gələcək.
20:29 21.10.2025
Oxunuş sayı: 1143