Türkiyə XİN Azərbaycanı təbrik edib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, nazirlik bu barədə "X" sosial media hesabında paylaşım edib.
"Müttəfiqimiz, qardaş Azərbaycanın Müstəqilliyinin Bərpasının 34-cü ildönümü mübarək olsun!" - paylaşımda qeyd olunub.
12:51 18.10.2025
Oxunuş sayı: 1304