Milli Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb









17 oktyabr 2025-ci il tarixində Milli Aviasiya Akademiyası (MAA) ilə “Bayraktar Teknoloji Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Crossmedia.az xəbər verir ki, sənəd MAA-nın rektoru, akademik Arif Paşayev və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz tərəfindən imzalanıb.
Memorandum elm, təhsil, tədqiqat və istehsal sahələrində qarşılıqlı əməkdaşlığı, birgə layihələrin icrasını, tələbələrin və akademik heyətin iştirakı ilə təlimlərin təşkilini, ixtisasartırma və təcrübə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.
Tədbir çərçivəsində qonaqlar Milli Aviasiya Akademiyasının tədris və elmi-tədqiqat laboratoriyaları, istehsalat sahələri, Tələbə yaradıcılıq evi, eləcə də Texnoritm mərkəzi ilə tanış olublar.
Bu əməkdaşlıq iki qurum arasında elmi-texniki bilik mübadiləsinin genişləndirilməsinə, innovativ layihələrin reallaşdırılmasına, mütəxəssis hazırlığı proqramlarının təkmilləşdirilməsinə və yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.
10:50 18.10.2025
Oxunuş sayı: 1550