Microsoft: İran kiberhücumlarda süni intellektdən istifadə edir

Microsoft-un yeni hesabatına görə, İran Rusiya, Çin və Şimali Koreya ilə birlikdə süni intellekt texnologiyalarından istifadə etməklə kiberhücum imkanlarını sürətlə artırır. Şirkət bildirir ki, bu texnologiyalar casusluq və dezinformasiya yaymağı daha effektiv həyata keçirmək üçün istifadə olunur.
Crossmedia.az xəbər verir ki, Associated Press-in məlumatına əsasən, 2025-ci ilin təkcə iyul ayında süni intellekt vasitəsilə saxta məzmun istehsal edən 200-dən çox xarici aktor qeydə alınıb. Bu rəqəm 2024-cü illə müqayisədə iki dəfə, 2023-cü illə müqayisədə isə on dəfə artım deməkdir.
Microsoft qeyd edir ki, süni intellekt elektron məktubların daha inandırıcı mətnlərə çevrilməsi, saxta rəqəmsal simaların yaradılması və hədəf yönümlü casusluq əməliyyatlarının həyata keçirilməsində əsas rol oynayır.
Şirkət İranın süni intellektdən yalnız hərbi deyil, həm də siyasi və təbliğat məqsədləri üçün istifadə etdiyi vurğulayıb.
17:53 17.10.2025
Oxunuş sayı: 1221