Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib







Azərbaycan Respublikasının Mədəniyyət və Elm və Təhsil nazirlikləri arasında əməkdaşlıq çərçivəsində yaradılmış birgə işçi qrupunun növbəti görüşü Yaradıcı Mərkəzdə keçirilib.
Bu barədə Crossmedia.az-a Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova və elm və təhsil nazirinin müavini Həsən Həsənli ilə yanaşı, hər iki nazirliyin nümayəndələri iştirak ediblər.
Tədbirdə mədəniyyət və təhsil sahələrinin inteqrasiyası, institusional əməkdaşlığın gücləndirilməsi, eləcə də birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə olunub.
İclasda işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və təhsil infrastrukturunun əlaqələndirilməsi, yaradıcı təlim mühitinin formalaşdırılması, mədəniyyət təhsili üzrə kurikulumun təkmilləşdirilməsi və istedadlı şagirdlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
Görüşün sonunda iştirakçılar birgə fəaliyyətin daha da səmərəli həyata keçirilməsi və müvafiq istiqamətlər üzrə icra mexanizmlərinin hazırlanması barədə razılığa gəliblər.
17:09 17.10.2025
Oxunuş sayı: 1101