Tramp Macarıstanda Putinlə görüşəcək

Tramp yaxın vaxtlarda Macarıstanda Putinlə daha bir şəxsi görüş keçirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Macarıstan tərəfinin təşəbbüsü ilə Vladimir Putin Macarıstanın baş naziri ilə telefon danışığı aparıb.
Viktor Orban Budapeştdə mümkün Rusiya-Amerika sammitinin təşkili üçün şərait yaratmağa hazır olduğunu bildirib.
Rusiya prezidenti ona ABŞ prezidenti Donald Trampla söhbətinin əsas məzmunu barədə məlumat verib və qeyd edib ki, Amerika nümayəndələri ilə qarşıdakı təmaslar zamanı onlar Macarıstan paytaxtında gələcək Rusiya-Amerika sammitinin keçirilməsi məqsədilə Ukrayna böhranının sülh yolu ilə həlli yollarının tapılması kontekstində gələcək fəaliyyət alqoritmini müzakirə etməyi planlaşdırırlar.
16:22 17.10.2025
Oxunuş sayı: 1462