Lavrov Zərifin açıqlamasını təkzib etdi: Tətik mexanizmi hüquqi tələ idi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ərəb-Rusiya sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırıb və bildirib ki, İranın “tətik mexanizmi”ni qəbul etməsi Moskvanı heyrətə salıb. Onun sözlərinə görə, bu mexanizm əslində “hüquqi tələ” olub.
Crossmedia.az xəbər verir ki, Lavrov İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin Ruhaninin prezidentliyi dövründə Rusiyanın nüvə sazişinin uzadılmasına mane olduğu barədə iddialarını təkzib edib. O, qeyd edib ki, nüvə sazişi çərçivəsində yekun qərar Zərif və ABŞ-nin o zamankı dövlət katibi Con Kerri tərəfindən qəbul olunub.
Nazir vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının sanksiyaları ləğv olunduqdan sonra Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığa heç bir məhdudiyyət yoxdur.
Lavrov İranla əməkdaşlığın beynəlxalq hüquq normalarına uyğun olduğunu, tərəflər arasında hər hansı qanunsuz addımın olmadığını açıqlayıb.
İranın keçmiş prezidenti Həsən Ruhaninin beynəlxalq məsələlər üzrə müşaviri olmuş Hüsaməddin Aşena "X" sosial media hesabında Rusiyanın xarici işlər naziri Sergey Lavrova sərt mesaj göndərib.
“Ruhani və Zərifin ağzını açdırmayın. Yoxsa uduzan siz olarsınız!”, - deyə, o, paylaşımında yazıb. (ILNA)
Bu açıqlama Rusiya xarici işlər naziri Sergey Lavrovun Məhəmməd Cavad Zərifin Həsən Ruhaninin prezidentliyi dövründə Rusiyanın İranın nüvə sazişinin uzadılmasına mane olduğuna dair iddiaları təkzib etməsindən sonra gəlib.
16:17 17.10.2025
Oxunuş sayı: 1308