Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna hazırlıqlar başlayıb

Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna hazırlıq işləri başlayıb.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O bildirib ki, gələn ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində təşkilati və loqistik məsələlər üzərində işlərə start verilib:
"Artıq forumun loqosu hazırlanıb, rəsmi sayt istifadəyə verilib və qeydiyyat prosesinə başlanılıb. Hazırda loqistik və təşkilati məsələlərin həlli davam edir. Forumun məzmun hissəsinə daha böyük yer ayrılacaq, ənənəvi Nazirlər İclası isə bu dəfə daha geniş formatda keçiriləcək. Forum ilk dəfə olaraq 5-6 gün ərzində baş tutacaq və yüksək səviyyəli müzakirələrə ev sahibliyi edəcək”.
13:29 17.10.2025
Oxunuş sayı: 1125