Avropa Kuboku: "Neftçi" basketbol komandası ilk oyununda məğlub olub

"Neftçi" basketbol komandası Avropa Kubokunun əsas mərhələsində mübarizəyə start verib.
Crossmedia.az xəbər verir ki, "ağ-qaralar" ilk oyununda səfərdə Polşada "Trefl" komandası ilə qarşılaşıb.
Görüş rəqibin 92:63 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, I qrupunun digər matçında Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" oktyabrın 16-da Estoniyanın "Kalev" komandasını qəbul edəcək.
23:15 15.10.2025
Oxunuş sayı: 687