Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri "İslamabad Bəyannaməsi"ni imzalayıblar

Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri "İslamabad Bəyannaməsi"ni imzalayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) "X" səhifəsində məlumat yayıb.
Qeyd olunub ki, sənəd İslamadadda keçirilən üçtərfli görüş çərçivəsində imzalanıb.
Bəyannaməni Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, TBMM sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq imzalayıblar.
20:03 13.10.2025
Oxunuş sayı: 1368