Azərbaycan Basketbol Liqası: II turun daha bir oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında II turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ilk matçında "Sərhədçi" "Lənkəran"la üz-üzə gəlib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 84:70.
Günün ikinci oyununda "Naxçıvan" "Sumqayıt"la qarşılaşacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" "Şəki"yə (92:68), "Ordu" "Quba"ya (96:68), "Abşeron Lions" "Gəncə"yə (96:94), "Sabah" isə NTD-yə (133:65) qalib gəlib.
16:06 12.10.2025
Oxunuş sayı: 1039