Mikayıl Cabbarov: SOCAR Türkmənistanda yataqların işlənməsi layihələrində maraqlıdır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə bildirib.
"Ölkələrimiz enerji əməkdaşlığının genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdirlər. SOCAR Türkmənistanda perspektivli yataqların işlənilməsi layihələrində iştirak etməkdə maraqlıdır", - o deyib.
Nazir vurğulayıb ki, iki ölkə arasında əməkdaşlıq hər il tranzit həcmləri artan Orta Dəhlizinin səmərəliliyinin artırılmasında da mühüm rol oynayır.
"Türkmənistanda müasir nəqliyyat infrastrukturu yaradılıb, bu dəhlizdə yerləşən Azərbaycan isə dəniz limanının, dəmir yollarının və logistika mərkəzlərinin inkişafına böyük sərmayə qoyub. Səylərimizi birləşdirmək bütün regiona böyük fayda verəcək", - M.Cabbarov qeyd edib.
O, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni nəqliyyat dəhlizinin reallaşdırılmasının ölkələrin tranzit potensialını daha da artıracağını və regionun inkişafına mühüm töhfə verəcəyini xatırladıb.
19:54 10.10.2025
Oxunuş sayı: 1112