Deputat məktəblərdə skuter və velosipedlərlə bağlı təlim keçirilməsini təklif edib

“Skuter və velosipedlərdən geniş istifadənin tərəfdarıyam”.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, ancaq bir çoxları bu nəqliyyat növlərinə əyləncə kimi yanaşır: “Bəzən bu səbəbdən qəzalar baş verir. Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərdə təlimlər keçsin, bildirilsin ki, skuter və velosipedlər əyləncə vasitəsi deyil. Eyni zamanda, dövlət qurumlarında ciddi şəkildə maarifləndirmə tədbirləri həyata keçirilsin”.
15:32 10.10.2025
Oxunuş sayı: 1083