İsrail Qəzza sektorundan qoşunlarını çıxarmağa başlayıb

İlk İsrail qoşunları Qəzza sektorunu cümə gecəsi tərk edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Times of Israel məlumat yayıb.
Sahil bölgələrinin bəzi hissələrində qoşunların çıxarılması zamanı təhlükəsizliyi təmin etmək məqsədilə artilleriya atəşləri və hava zərbələri həyata keçirilib.
Qoşunların sülh planına uyğun razılaşdırılmış sərhəd xətlərinə çəkilməsi səhərə qədər davam edib və bəzi birləşmələr artıq Qəzza sektorunu tam tərk edib.
Türkan Kərimli
15:15 10.10.2025
Oxunuş sayı: 874