Nobel Sülh Mükafatının qalibi venesuelalı fəal Mariya Korina Maçado olub

Nobel Komitəsinin açıqlamasına görə, 2025-ci il Nobel Sülh Mükafatına Venesuela müxalifətçisi Mariya Korina Maçado layiq görülüb.
Crossmedia.az xəbər verir ki, Maçado, prezident Nikolas Maduronun əsas rəqibi kimi tanınır və Venesuela hakimiyyətini sərt tənqid edir. O, daha əvvəl hökumət tərəfdarlarının hücumlarına da məruz qalıb.
Fəalı Inspira America Fondu 2024-cü ildə mükafata namizəd göstərmişdi. Fondun fikrincə, Maçado Venesuelada və dünyada sülh uğrunda mübarizə aparır. Onun namizədliyini ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio da dəstəkləyib.
1967-ci ildə Karakasda anadan olan Mariya Korina Maçado 2011–2014-cü illərdə parlament üzvü olub və 2011-ci ildə prezident seçkilərində iştirak edib. 2014-cü ildə kütləvi etirazlara rəhbərlik etdikdən sonra parlament onun barəsində cinayət işi açılmasını tələb etmişdi.
Maçado 2018-ci ildə BBC-nin ən nüfuzlu qadınları siyahısına, 2025-ci ildə isə Time jurnalının “Top-100” siyahısına daxil edilib.
Türkan Kərimli
14:07 10.10.2025
Oxunuş sayı: 1226