“3+3” regional platformasının növbəti iclası keçiriləcək

"“3+3” regional platformasının növbəti iclasının 2025-ci ilin sonunadək keçirilməsi planlaşdırılır". Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkin bildirib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə əsasən, görüşün Bakıda və ya İrəvanda baş tutması müzakirə olunur, tərəflər növbəlilik prinsipini nəzərdən keçirirlər.
Kopyrkin qeyd edib ki, bütün iştirakçılar formatın səmərəliliyini və regional məsələlərin yerli səylərlə həll edilməsinin vacibliyini qəbul edirlər.
Türkan Kərimli
14:05 10.10.2025
Oxunuş sayı: 1014