Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı Sirojiddin Muhriddinlə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Tərəflər Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində bir araya gəliblər.
20:53 09.10.2025
Oxunuş sayı: 1501