Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurublar

Azərbaycan boksçuları Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatını 5 medalla başa vurublar.
Bu barədə Crossmedia.az-a federasiyadan məlumat verilib.
Bilalhəbaşi Nəzərov qızıl medal qazanıb. 50 kq çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlandonu 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.
Banuçiçək Nəsirli (48 kq) isə finalda Matilda Fraqnierlə (Fransa) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq) və İlkanə Əhmədova (+80 kq) 3-cü yeri tutublar.
Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan boksçularımız oktyabrın 11-də Vətənə qayıdacaqlar.
18:05 09.10.2025
Oxunuş sayı: 963