Əliyev AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyətə şəxsən nəzarət etdiyinə görə Putinə minnətdarlığını bildirib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə çıxış edib.
Crossmedia.az Prezidentin çıxışını təqdim edir:
- Keçən ilin dekabrında Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğraması ilə bağlı ətraflı məlumata görə xüsusi təşəkkür edirəm.
Biz dərhal əlaqədə olduq. Yadınızdadırsa, həmin faciəvi gündə mən Sankt-Peterburqa görüşə uçurdum. Təyyarədən birbaşa bu barədə məlumat verildikdə, Sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Həmçinin Sizdən xahiş etdim ki, bu tədbirdə iştirak edən həmkarlarımıza da çatdırasınız ki, obyektiv səbəblərdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edə bilməyəcəyəm.
Şəxsən bu vəziyyəti nəzarətdə saxladığınız üçün Sizə təşəkkür etmək istərdim. Biz dəfələrlə fikir mübadiləsi etdik, komandalarımızın üzvləri daim əlaqədədir. Siz istintaqın gedişatını nəzarətdə saxlayırsınız və bizim heç bir şübhəmiz yox idi ki, obyektiv şəkildə hər şeyi araşdıracaqsınız. Görüşümüzdə məhz bu məsələni işıqlandırmağı lazım bildiyiniz üçün bir daha təşəkkürümü bildirmək istərdim.
16:27 09.10.2025
Oxunuş sayı: 1529