Putin Əliyevdən üzr istədi

Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevdən AZAL təyyarəsinin faciəsinin Rusiya səmasında baş verməsinə görə üzr istəyib.
Crossmedia.az xəbər verir ki, Putin deyib: "AZAL təyyarəsinin faciəsinin Rusiya səmasında baş verməsinə görə üzrxaqlığımı çatdırıram. AZAL-ın təyyarəsinin qəzaya uğramasına qismən səmada Ukraynaya məxsus pilotsuz uçan aparat səbəb olub. Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən atılan iki raket AZAL-ın təyyarəsinə birbaşa dəyməyib, bir neçə metr aralıda partlayıb".
Qeyd edək ki, liderlər oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə görüşüblər.
15:57 09.10.2025
Oxunuş sayı: 2510