Xorvatiyanın sabiq prezidenti: Azərbaycanın itkinlərlə bağlı səyləri təqdirəlayiqdir

Azərbaycanın itkin düşmüş şəxslərin taleyinin araşdırılması sahəsində səyləri təqdirəlayiqdir.
Crossmedia.az xəbər verir ki, bunu Xorvatiya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Stepan Mesiç Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Stepan Mesiç deyib ki, Azərbaycan çox əhəmiyyətli prosesdən keçir: “Normallaşma, sülh sazişi, inteqrasiya prosesləri o zaman uğurlu ola bilər ki, burada humanitar istiqamət olsun. İtkin düşmüş şəxslərin ailələrinin suallarının cavablandırılmadığı təqdirdə, sülh və normallaşma mümkün olmayacaq. Bu baxımdan Azərbaycanın sözügedən sahədə gördüyü işlər təqdirəlayiqdir. Bu səylər Cənubi Qafqaz regionunda sülh və sabitliyin yaranmasına töhfə verir”.
10:54 09.10.2025
Oxunuş sayı: 2585