22 il XTQ-də xidmət etmiş Qazi ilə müsahibədən - ANONS

Azərbaycanın ədaləti bərqərar etdiyi İkinci Qarabağ müharibəsindəki möhtəşəm zəfərimizdən beş il keçir. 27 sentyabr 2020-ci ildə başlayan haqq mücadiləmiz 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, qəhrəman ordumuzun cəsarəti və xalqımızın əzmi ilə qalibiyyətlə başa çatdı. Bu qalibiyyət ərazi bütövlüyümüzü bərpa etdi, məcburi köçkünlərimizi öz dədə-baba yurdlarına qaytardı. Bu qələbə dünyaya Azərbaycanın gücünü, xalqımızın əzmini bir daha sübut etdi. Məhz buna görə İkinci Qarabağ müharibəsi sadəcə bir müharibə deyil. Həmçinin bu müharibənin iştirakçısı olan qəhrəman əsgər və zabitlərimiz də öz cəsarətləri ilə tarixə damğa vurdular.
Bu münasibətlə Crossmedia.az Analitik İnformasiya Portalı olaraq "Zəfər - 5" adlı rubrikamızda möhtəşəm qələbəmizi, onun qəhrəmanlarını sizə təqdim edirik.
Rubrikamızın növbəti müsahibi Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində 22 il xidmət etmiş, Füzuli, Cəbrayıl, Hadrut, Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısı, Qazi Baş gizir Vahab Nəhmətovdur.
Müsahibədən anons:
- Özümü maşından dərəyə atdıqdan 3-4 dəqiqə sonra maşını vurdular;
- Gecə saat 3 radələrində səngərimizə düşən böyük artilerriya mərmisindən 19 şəhid, 14 yaralımız oldu;
- Boynum və kürəyimə qəlpələr girmişdi amma qaranlıq olduğundan yaralandığımın fərqində deyildim;
- Boynuma girən girən qəlpənin uzunluğu təqribi əlin yarısı uzunluqda idi və yoldaşıma çıxarmasını istədim;
- Yaralı vəziyyətdə, üstümdə yağmurluqla döyüş zonasından 50 metr aşağıda 4 saat gözlədim;
- Yuxulasam öləcəyimi bildiyim üçün su içərək, başımı qataraq ayıq qalmağa çalışırdım.
Müsahibə yaxın günlərdə Crossmedia.az saytında paylaşılacaq.
Ayhan
19:33 08.10.2025
Oxunuş sayı: 1931