Azərbaycan Brüsseldə "Global Gateway" forumunda iştirak edəcək

Azərbaycan 9-10 oktyabr tarixlərində Brüsseldə keçiriləcək "Global Gateway" təşəbbüsü çərçivəsində ikinci konfransda iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin iştirakı gözlənilir.
Forumda əsas diqqət geosiyasi və geoiqtisadi çağırışlar şəraitində qlobal əlaqələrin inkişafı ilə bağlı müzakirələrə yönəldiləcək. Tədbirdə iştirak edəcək hökumət, maliyyə qurumları, özəl sektor və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələri tərəfdaş ölkələrdə "Global Gateway" investisiyalarının artırılması üçün innovativ strategiyaları araşdıracaqlar.
Xatırladaq ki, "Global Gateway" təşəbbüsü 2021-ci ildə təqdim edilib. Bu təşəbbüs dünyada rəqəmsal, enerji və nəqliyyat sektorlarında intellektual, ekoloji cəhətdən təmiz və təhlükəsiz əlaqələrin inkişafı layihələrinə investisiya qoyuluşunu nəzərdə tutur.
Azərbaycan Orta Dəhlizin mühüm həlqəsi kimi "Global Gateway" təşəbbüsünün prioritet istiqamətləri sırasında yer alır.
İlk "Global Gateway" forumu 25-26 oktyabr 2023-cü il tarixlərində Brüsseldə keçirilib.(Report)
19:04 07.10.2025
Oxunuş sayı: 870