Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi olub

Azərbaycan güləşçisi III MDB Oyunlarının qalibi olub.
Crossmedia.az xəbər verir ki, Gəncə İdman Kompleksində təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Elşad Abbasov (51 kiloqram) finalda belaruslu Tsimafey Semianenka ilə qarşılaşıb.
Rəqibinə 6:0 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb.
Daha əvvəl Yusif Mirzəyev gümüş mükafata sahib çıxıb.(Report)
18:10 07.10.2025
Oxunuş sayı: 825