Konstitusiyanın 30 illiyi ilə əlaqədar yubiley medalı təsis ediləcək

Konstitusiyanın 30 illiyi (1995-2025) ilə əlaqədar yubiley medalı təsis ediləcək.
Crossmedia.az xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrn 10-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
İclasda “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə ediləcək.
15:54 07.10.2025
Oxunuş sayı: 1281