Özbəkistan Prezidenti: BMT TŞ-da ciddi islahata ehtiyac var

“Bu gün BMT TŞ-da ciddi islahata ehtiyac var, inkişaf etməkdə olan ölkələrin səsi orada daha gur gəlməlidir”.
Crossmedia.az xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, TDT-nin beynəlxalq təşkilat kimi rolunun gücləndirilməsi üçün Strateji Dostluqla bağlı Sazişin qəbul edilməsi prosesi yekunlaşdırılmalıdır: “Biz iqtisadi və ticari münasibətlərimizin sənaye sahəsində də gücləndirilməsini təklif edirik. Praktiki əməkdaşlığımız konkret layihələrlə həyata keçirilməlidir. Türk dövlətlərinin Sənaye Alyansının təsis edilməsini təklif edirik. Eyni zamanda Türk Yaşıl Koridoru adlandırılan elektron sistem yaradılmasını təklif edirik. Yaşıl enerji ilə bağlı aparıcı texnologiyaların, dövlət-özəl layihələrin təşviqini də təklif edirik”.
14:26 07.10.2025
Oxunuş sayı: 1387