Qazaxıstan TDT daxilində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib

Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) daxilində Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, TDT-də Qırğızıstan sədrliyi yüksək səviyyədə həyata keçirilib:
"Azərbaycan sədrliyinin də təşkilata töhfə verəcəyindən əminik. Azərbaycanla Ermənistan arasında imzalanan Birgə Bəyannaməni çox yüksək qiymətləndiririk, bu, həllə yönələn tarixi addımdır. Bəzi ölkələr təşkilatın artan fəaliyyətinə böyük maraq göstərir".
Qazaxıstan Prezidenti əlavə edib ki, türk xalqları terrorla mübarizədə birgə çalışır:
"Ancaq bununla məhdudlaşmamaq lazımdır. Çünki kiberhücumlar dünyada geniş yayılıb. Ona görə də Kibertəhlükəsizlik Şurasının yaradılmasını təklif edirəm".
13:49 07.10.2025
Oxunuş sayı: 756