Sadır Japarov: Qırğızıstan TÜRKSOY-da islahatların keçirilməsini dəstəkləyir

Qırğızıstan TÜRKSOY-da islahatların keçirilməsini dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə görüşündə danışıb.
O əlavə edib ki, Türk dünyasında ortaq hədəflərə çatmaq üçün yenilik vacibdir.
Qırğızıstan Prezidenti daha sonra 30 noyabrda ölkəsində parlament seçkilərinin keçiriləcəyini və Türk dövlətlərindən iştirakçı gözlədiklərini diqqətə çatdırıb.
O, həmçinin 2026-cı ildə Qırğızıstanda keçiriləcək 6-cı Dünya Köçəri Oyunlarının böyük əhəmiyyət daşıdığına vurğu edib.
13:46 07.10.2025
Oxunuş sayı: 739