QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin növbəti iclası Albaniyada keçiriləcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin növbəti iclasının keçiriləcəyi yer və tarix açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı komitənin Milli Məclisdə keçirilən 65-ci iclasında qərar qəbul edilib.
Qərara əsasən, komitənin 66-cı iclası gələn ilin mart ayında Albaniyada keçiriləcək.
12:02 07.10.2025
Oxunuş sayı: 2220