Bolqarıstanlı deputat: Süni intellektin bir sıra sahələrdə törədəcəyi fəsadlar aydın deyil

Süni intellekt hələ də inkişaf mərhələsindədir, onun bir sıra sahədə törədəcəyi fəsadlar hələ aydın deyil.
Crossmedia.az xəbər verir ki, bunu Bolqarıstanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Petar Kanev oktyabrın 7-də Milli Məclisdə QDİƏT PA-nın Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclasında deyib.
Onun sözlərinə görə, Bolqarıstanda rəqəmsal texnologiyalara nəzarət mexanizmi üzərində iş gedir.
"Biz başa düşməliyik ki, süni intellekt həm fürsət vəd edir, həm də risk. Bu mənada, insanların təməl hüquqlarının qorunmasını təmin etməliyik".
P.Kanev həmçinin bildirib ki, süni intellektin cəmiyyətə lazım olduğunu, lakin, birinci növbədə, tələbatın təbii intellektə olmasını fikrini müdafiə edib.
11:27 07.10.2025
Oxunuş sayı: 2148