Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-17 millisi III MDB Oyunlarında 4-cü olub

Azərbaycanın voleybol üzrə oğlanlardan ibarət U-17 millisi III MDB Oyunlarında dördüncü olub.
Crossmedia.az xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışda yığma sonuncu oyununda Belarusa 1:3 hesabı ilə uduzub.
3 xalı olan milli dördüncü yerlə kifayətlənib.
Maksimum nəticə göstərən Rusiya (12 xal) qızıl medal qazanıb. Belarus ikinci (9 xal), Özbəkistan üçüncü (6 xal) nəticə göstərib.(Report)
21:01 06.10.2025
Oxunuş sayı: 1263