Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfər edəcək

Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda səfər edəcək.
Crossmedia.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.
Səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqları baş tutacaq.
11:10 06.10.2025
Oxunuş sayı: 2548