Bu gün Beynəlxalq müəllimlər günüdür

Bu gün — 5 oktyabr — bütün dünyada Müəllimlər Günü kimi qeyd olunur. Bayram günü cəmiyyətin inkişafında mühüm rol oynayan, gənc nəslə bilik, tərbiyə və dəyərlər aşılayan müəllimlərə ehtiram günüdür.
Müəllimlər yalnız dərs deyən deyil, yol göstərən, ilham verən və gələcəyimizi formalaşdıran əsl qəhrəmanlardır. Onların fədakar əməyi, səbr və sevgisi sayəsində bu gün yüzlərlə gənc öz məqsədlərinə doğru inamla addımlayır.
Qeyd edək ki, Ümumdünya Müəllimlər Günü 1994-cü ildən etibarən UNESCO-nun təşəbbüsü ilə hər il 5 oktyabrda qeyd olunur.
08:39 05.10.2025
Oxunuş sayı: 3581