Ermənistanın Bərdəni raket atəşinə tutmasından 5 il ötür

Bu gün 2020-ci ilin oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini ilk dəfə raket atəşinə tutmasından 5 il keçir. Həmin hücum nəticəsində mülki əhali arasında çoxsaylı itkilər və yaralananlar olmuş, şəhərin infrastrukturu ciddi zərər görmüşdü.
Qeyd edək ki, Bərdəyə hücum 44 günlük Vətən müharibəsi dövründə Ermənistanın mülki əhalini hədəfə alan ən ağır hərbi cinayətlərindən biri kimi tarixə düşüb.
Hadisə zamanı “Smerç” tipli raket sistemlərindən istifadə edildiyi və partlayış nəticəsində çoxsaylı mülki şəxslərin həyatını itirdiyi bildirilmişdi.
Bu gün ölkə əhalisi Bərdə qurbanlarını dərin hörmət və ehtiramla anır.
08:21 05.10.2025
Oxunuş sayı: 3036