Texnologiya

İlon Mask "Microsoft"dan şikayətçidir

Tesla və "SpaceX"in baş icraçı direktoru İlon Mask ChatGPT botunun yaradıcısı "OpenAI"a qarşı iddiasına antiinhisar ittihamlarını əlavə edib və şirkətə sərmayə qoyan "Microsoft"u da daxil edib. 

Crossmedia.az xarici KİV-ə əsasən xəbər verir ki, yenilənmiş şikayətdə iddia edilir ki, "Microsoft" və "OpenAI" yaradıcı süni intellekt bazarını qeyri-qanuni olaraq inhisara almağa çalışır.

Beləliklə, avqustda irəli sürülən ittihamlardan əlavə "Microsoft" da işə salınıb. Mask iddia edir ki, "OpenAI" və "Microsoft" arasındakı sıx əlaqələr "OpenAI"nin ictimai, açıq mənbəli süni intellekt yaratmaq öhdəliyinə ziddir.

Xatırladaq ki, ilkin şikayətində Mask "OpenAI"ni və onun baş direktoru Sam Altmanı müqavilə şərtlərini pozmaqda günahlandıraraq, şirkətin süni intellekti inkişaf etdirərkən mənfəəti ictimai maraqlardan üstün tutduğunu iddia edib.

Gültac Mehdizadə

09:25 16.11.2024

Oxunuş sayı: 6735

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR