Kobaxidze: Azərbaycanla münasibətlərimizi inkişaf etdirməliyik

Gürcüstan Azərbaycanla münasibətləri inkişaf etdirməlidir.
Crossmedia.az xəbər verir ki, bunu Gürcüstanın Baş
naziri İrakli Kobaxidze Kopenhagendə azərbaycanlı jurnalistlərə bildirib.
"Biz
qonşularımızla, o cümlədən Azərbaycanla çox yaxşı münasibətlərimizin olmasından
məmnunuq. Biz bunu qoruyub saxlamalı və inkişaf etdirməliyik. Strateji
tərəfdaşlıq və gözəl münasibətlər son dərəcə vacibdir", - o qeyd edib.
Baş
nazirin sözlərinə görə, Kopenhagendəki görüş çərçivəsində həmkarları ilə də çox
yaxşı danışıqlar aparıb.
"Biz
bölgəmizdə sülhün təşviqi üçün əlimizdən gələn hər şeyi edəcəyik. Biz Cənubi
Qafqaz regionundakı missiyamızı məhz belə görürük", - İ.Kobaxidze
vurğulayıb.
20:13 02.10.2025
Oxunuş sayı: 1089