Zelenski: Azərbaycan Prezidenti ilə enerji əməkdaşlığını müzakirə etdik

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kopenhagendə
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə enerji əməkdaşlığı məsələlərini
müzakirə etdiklərini açıqlayıb.
Crossmedia.az xəbər
verir ki, bu barədə o, "X" sosial media platformasında yazıb.
"Azərbaycan Prezidenti İlham
Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial
və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhün
əldə olunması üçün diplomatik səyləri, eləcə də enerji sahəsində əməkdaşlıq
məsələlərini müzakirə etdik", - o vurğulayıb.
O, liderlərin gələcək təmaslar barədə
razılığa gəldiyini bildirib.
"Azərbaycana göstərdiyi dəstəyə
görə minnətdaram", - Ukrayna Prezidenti qeyd edib.
19:48 02.10.2025
Oxunuş sayı: 929