III MDB Oyunlarında 69 təcili tibbi yardım avtomobili, 100 briqada xidmət göstərir

Gəncə şəhərində və Azərbaycanın daha 6 şəhərində keçirilən III MDB Oyunlarında tibbi xidmətə ehtiyac yaranacağı hallar üzrə xidmətin təşkili tam təmin olunub.
Crossmedia.az xəbər verir ki, hazırda yarış keçirilən ərazilərdə təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bildirilib ki, yarışların keçirildiyi şəhərlərdə – Gəncə, Mingəçevir, Qəbələ, Şəki, Göygöl, Yevlax və Xankəndidə təcili tibbi yardımın fasiləsiz və operativ təmin edilməsi məqsədilə xüsusi təşkilati tədbirlər görülüb.
Ünvanlar üzrə ümumilikdə 69 təcili tibbi yardım avtomobili və 100 briqada (heyət) vətəndaşlara və yarış iştirakçılarına xidmət göstərir.
Yarışın start götürdüyü Gəncə şəhərində isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının 26 həkimi və 22 tibb bacısından ibarət, ümumilikdə 48 nəfərlik tibbi heyət xidmətə cəlb olunub.
Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə tam təmin edilib. Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri idman oyunları zamanı növbəli xidmət göstərir
18:14 02.10.2025
Oxunuş sayı: 1450