Azərbaycan Prezidenti İlham Əliyev Danimarkaya işgüzar səfərə gəlib





Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
18:47 01.10.2025
Oxunuş sayı: 1150