İran İsrailin ən önəmli casuslarından birini edam edib

İranda Bəhmən Çubi-Əsl edam olunub. Belə ki, ölkə hakimiyyət orqanlarının məlumatına görə, o, İsrailin xüsusi xidməti olan “Mossad”ın İranda fəaliyyət göstərən ən önəmli casuslarından biri hesab olunurdu.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rəsmi açıqlamaya görə, “Mossad”ın əsas məqsədi Çubi-Əsli əməkdaşlığa cəlb etməklə dövlət qurumlarının məlumat bazalarına giriş əldə etmək və İranın məlumat emalı mərkəzlərinə sızmaq olub. Bundan əlavə, onun digər tapşırıqları arasında elektron avadanlıqların ölkəyə gətirilmə marşrutlarını araşdırmaq da yer alıb.
Fatimə Məmmədova
10:35 29.09.2025
Oxunuş sayı: 3818