Baş prokuror: İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolu danılmazdır
Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolu danılmazdır.
Crossmedia.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.
Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi, torpaq deqradasiyası və təbii resursların həddindən artıq istismarı demək olar ki, planetdəki hər bir canlıya mənfi təsir göstərir:
"İqlim dəyişikliyi dövrün ən mühüm fövqəladə çağırışlarından biridir. Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolunu da diqqətdə saxlamalıyıq. Bu, çox vaxt nəzərdən qaçan, lakin olduqca vacib bir yanaşmadır. Hüquq-mühafizə orqanları bu prosesdə mühüm rol oynaya bilər və oynamalıdır".
10:13 29.09.2025
Oxunuş sayı: 2904