Peskov: START Müqaviləsinin gələcəyi barədə dialoq başlamalıdır

START Müqaviləsinin (Yeni START) gələcəyi barədə dialoq başlamalıdır, lakin London və Parisin nüvə arsenalları problemi qaçılmazdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov TASS-a bildirib.
“Əlbəttə, danışıqlar ikitərəfli səviyyədə başlamalıdır. Axı START Müqaviləsi ikitərəfli sənəddir. Amma gələcəkdə bu arsenallardan boyun qaçırmaq mümkün olmayacaq. Xüsusilə ki, bu arsenallar Avropa təhlükəsizliyi və strateji sabitliyin ümumi probleminin bir hissəsidir,” — o, qeyd edib.
Qeyd edək ki, Peskov bu fikri rusiyanın prezidenti Vladimir Putinin yeni təşəbbüsü ilə əlaqədar verilən sual əsasında bildirib.
Səbiyyə Zayirova
21:30 28.09.2025
Oxunuş sayı: 1369