ABŞ Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək - ABŞ Səfirliyi

ABŞ
Cənubi Qafqazda daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, bu
barədə ABŞ-nin Azərbaycandakı Səfirliyinin "X" sosial şəbəkəsində 27
sentyabr - Anım Günü ilə bağlı paylaşımında bildirilib.
"Azərbaycanın
Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən
azərbaycanlıları xatırlayırıq. Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz üçün
yeni bir mərhələnin başlanğıcını gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə
daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək. Amerika Birləşmiş
Ştatlarının Səfirliyi yaxınlarını itirmiş azərbaycanlılara və onların
ailələrinə ən dərin hüznlə başsağlığı verir", - deyə qeyd olunub.
20:47 27.09.2025
Oxunuş sayı: 1303