Azərbaycanın Rumıniyadakı səfirliyində Anım Günü ilə bağlı tədbir keçirilib

Azərbaycanın Rumıniyadakı səfirliyində
27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir
ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov "X"də
yazıb.
Qeyd olunub ki, tədbir iştirakçıları
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş
şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Rumıniya və Azərbaycandan olan
ictimaiyyət nümayəndələri iştirak edib, çıxışlar olub.
20:33 27.09.2025
Oxunuş sayı: 1039